2025-ci ilin iyun ayında Marsolun təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən "6-cı “Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə fəal iştirak etdik. Sərgi çərçivəsində yerli istehsalçılar öz məhsullarını təqdim edərək bir-birilə biznes əlaqələri qurmaq, potensial tərəfdaşlarla tanış olmaq və bazar imkanlarını genişləndirmək imkanı qazandılar.
OnPack MMC olaraq biz də bu önəmli tədbirdə öz yerimizi aldıq və əsas məhsullarımız – yapışqan lentlər, qablaşdırma həlləri və sənaye sahəsinə yönəlik digər məhsullarımızı sərgi iştirakçılarına təqdim etdik.
Biz inanırıq ki, yerli istehsalın inkişafı və tanıdılması Azərbaycanın iqtisadi dayanıqlığı üçün əsas faktorlardan biridir. OnPack MMC olaraq, “Made in Azerbaijan” brendini daha da gücləndirmək üçün bu cür tədbirləri mühüm platforma hesab edirik.
Sərgi çərçivəsində əldə etdiyimiz əlaqələr və müzakirələr gələcək əməkdaşlıqlar üçün önəmli zəmin yaratdı. OnPack MMC olaraq innovativ yanaşmamızla, yüksək keyfiyyətli məhsullarımızı daha geniş auditoriyaya təqdim etməyə və yerli bazarda liderliyimizi qorumağa davam edəcəyik.
Sərgi zamanı bizimlə tanış olan hər kəsə təşəkkür edirik. Yerli istehsalçılara dəstək vermək və keyfiyyətli məhsullar təqdim etmək üçün daim yenilənməkdə və inkişafda olacağıq.